İDMAN
“FIDE Grand Swiss 2019” şahmat turnirinin səkkizinci turunun oyunları keçiriləcək
Bakı, 18 oktyabr, AZƏRTAC
Bu gün Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin səkkizinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, şahmatçılarımız Rauf Məmmədov hindistanlı Gujrathi Vidit Santoş, Nicat Abbasov Pavel Eljanov (Ukrayna), Eltac Səfərli Ferenc Berkes (Macarıstan), Vasif Durarbəyli Elina Danielyanla (Ermənistan) mübarizə aparacaq.
Qeyd edək ki, yeddi turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 4, E.Səfərli 3,5, V.Durarbəyli isə 3 xal qazanıblar.
Yarış oktyabrın 21-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]