FİKRƏT ƏMİROVUN YUBİLEYİ ŞƏRƏFİNƏ
Bu il böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun 80 illiyi tamam olur. Bu münasibətlə Türkiyənin İzmir şəhərində Dövlət simfonik orkestrinin iştirakı ilə bəstəkarın xatirəsinə həsr edilmiş gecə keçirilmişdir. Proqrama F.Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürd ovşarı” simfonik muğamı, “Nəsimi dastanı”, fortepiano, skripka və simfonik orkestr üçün ikili “Konsert”i daxil edilmişdi.
Xatırladaq ki, “Konsert” ilk dəfə 1947-ci ildə maestro Niyazinin idarəsi ilə ifa olunmuşdu. 55 ildən sonra həmin əsər ikinci dəfə Yalçın Adıgözəlovun dirijorluğu ilə İzmir Dövlət simfonik orkestrinin ifasında səslənmişdir. Solistlər bəstəkarın nəvəsi, gənc pianoçu Nəzrin Əfəndi, habelə beynəlxalq müsabiqələr laureatı Cihat Aşkın (skripka) idi.
Konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:38]
Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir
- 12.11.2026 [16:47]