FİLARMONİYA MÖVSÜMÜ BAŞA VURMUŞDUR
Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, bu mövsümdə filarmoniyaya məşhur musiqiçilər, vokal ifaçıları və dirijorlar dəvət olunmuş, həmin sənətkarların çıxışları geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır. Eyni zamanda, milli musiqimizə geniş yer ayrılmış, xalq artistləri Alim Qasımov, Canəli Əkbərov, Arif Babayev, əməkdar artistlər Nəzakət Teymurova, Aygün Bayramova, Könül Xasıyevanın iştirakı ilə muğam axşamları keçirilmişdir. Estrada müğənnisi Sevda Ələkbərzadənin “Şəbi-hicran” adlı yeni proqramı, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin, Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin konsertləri də pərəstişkarların sevincinə səbəb olmuşdur.
Filarmoniya qarşıdan gələn yeni konsert mövsümünə məsuliyyətlə hazırlaşır. Sentyabr ayının 18-də, mövsümün açılışında, Üzeyir Hacıbəyovun doğum günündə dünyamiqyaslı violonçel ustası Mstislav Rostropoviçin iştirakı ilə möhtəşəm konsert olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:18]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [17:59]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:25]