FİLİPPİNDƏ GÜCLÜ QASIRĞA OLMUŞDUR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Filippinin ən böyük Luson adasında güclü “Sanqşan” qasırğası tüğyan etmişdir. Qasırğa sürəti saatda 180 kilometrə çatan şiddətli küləklə və bir sıra rayonlarda güclü daşqınlara səbəb olmuş leysanla müşayiət edilmişdir.
Regionda adalar arasında bərə vasitəsilə əlaqə pozulmuş, bir çox aviareyslər ləğv edilmişdir. Paytaxtda və digər şəhərlərdə məktəblər və hökumət idarələri bağlanmışdır. Ölkənin mərkəzi əyalətlərində elektrik xətləri qırılmış, ağaclar kökündən qopmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]