Filippində hərbi təyyarə qəzaya uğrayıb
Tokio, 4 iyul, AZƏRTAC.
İyulun 4-də Filippində uçuş-enmə zolağına enməyə çalışan “C-130” hərbi təyyarəsi qəzaya uğrayıb.
AZƏRTAC Filippin KİV-lərinə istinadla xəbər verir ki, ölkənin silahlı qüvvələrinin nümayəndəsi general Sirilito Sobehana göyərtədə olan 85 nəfərdən 15-nin xilas edildiyini bildirib.
Generalın bildirdiyinə görə, uçuş-enmə zolağına enə bilməyən təyyarə qəzaya uğradıqdan sonra alışıb.
“Hazırda ərazidə xilasedicilər çalışırlar, biz onların həyatını xilas etmək üçün dualar edirik”, - deyə S.Sobehana bildirib.
Qəza Sulu əyalətinin Holo adasında baş verib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]