Final sorğusu: Tramp rəqibi Harrisi üç faiz qabaqlayır
Bakı, 31 oktyabr, AZƏRTAC
Britaniyanın “Daily Mail” qəzeti və “J.L. Partners” kompaniyasının final sorğusuna əsasən, ABŞ-ın sabiq prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp demokrat rəqibi və vitse-prezident Kamala Harrisi üç faiz üstələyir.
AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrinə görə, potensial seçicilərin 49 faizi respublikaçı namizədə, 46 faizi isə Demokratlar Partiyasının namizədinə səs verməyə hazırdır.
Qeyd olunur ki, respondentlərin ümumilikdə bir faizi müstəqil namizədlərə səs vermək fikrində olduğunu bildirib.
Sorğu oktyabrın 26-29-da 1000 seçici arasında keçirilib. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [15:12]
Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib
- 13.11.2026 [12:43]
Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq
- 13.11.2026 [11:31]
Alimlərdən xəbərdarlıq: 2-ci tip diabet Altsheymer riskini 53 faiz artırır
- 13.11.2026 [10:50]
Pakistanın şimal-qərbində 43 silahlı öldürülüb
- 13.11.2026 [10:31]
Pakistanda ağır yol qəzası baş verib, 11 nəfər həlak olub
- 13.11.2026 [08:01]