FİNLANDİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM TARYA HALONENƏ
Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Finlandiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2002-ci il