Finlandiyada prezident seçkiləri başlayıb
Bakı, 28 yanvar, AZƏRTAC
Finlandiyada prezident seçkiləri başlayıb.
AZƏRTAC xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 11:00) ölkə üzrə 900-dən çox seçki məntəqəsi açılıb.
Sakinlər yerli vaxtla saat 20:00-dək səsvermədə iştirak edə biləcəklər. Seçki məntəqələri bağlandıqdan dərhal sonra Finlandiya Ədliyyə Nazirliyi seçkilərin ilkin nəticələrini dərc edəcək.
Seçkilərdə 18 yaşdan yuxarı vətəndaşlar səs verə biləcəklər.
Erkən səsvermə zamanı (17-23 yanvar) sakinlərin 1,91 milyon nəfərindən bir qədər çoxu - 44,7 faizi (bu rekorddur) öz mövqeyini ifadə edib. Altı il əvvəlki prezident seçkilərində bu rəqəm 36,7 faiz olmuşdu.
Finlər doqquz namizəd arasından seçim edəcəklər. Rəy sorğularına görə, əsas mübarizə parlament üzvü, sabiq xarici işlər naziri Pekka Haavisto ilə hökumətin keçmiş rəhbəri professor Aleksandr Stubb arasında gedəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:31]
Qara dənizdə batan gəminin 12 heyət üzvü xilas edilib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]