DÜNYA
Finlandiyada sauna festivalı keçiriləcək
Helsinki, 25 aprel, AZƏRTAC
Yay mövsümündə Finlandiyanın üç şəhərində - Helsinki, Turku və Yuvyaskyulyada dünyada ən böyük festivallardan biri olan fin saunası festivalı keçiriləcək.
Festival insanları fin musiqisi, incəsənəti və milli mətbəxi ilə tanış edəcək.
Helsinkidə festival şəhərin mərkəzində - məşhur Olimpiya stadionunun yaxınlığında, Turkuda şəhərin rəmzi olan Turku qəsrinin qarşısındakı parkda keçiriləcək
Yuvyaskyulyada festival daha böyük vüsət alacaq. Onun mühüm elementlərindən biri su olacaq.
Yuvyaskyulya gölü qeyri-adi saunalar, məsələn, qayıqlarda saunalar və hətta sualtı saunalar layihələndirməyə imkan verir. Festival zonasında iki yüzdən çox adam üçün nəzərdə tutulmuş böyük sauna inşa ediləcək. Festivalda saunada qəlyanaltı, mühazirələr və sauna-yoqa seansları kimi çoxsaylı əyləncələr də nəzərdə tutulub.
Xatırladaq ki, bu il Finlandiya müstəqilliyinin yüz illiyini qeyd edir. Bütün ölkədə bayram tədbirləri keçirilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]