MƏDƏNİYYƏT
Firəngiz Əlizadə: Festival çərçivəsində keçirilən tədbirlərin çox dolğun və zəngin proqramları vardır
Bakı, 13 mart (AZƏRTAC). Festival çərçivəsində keçirilən tədbirlərin çox dolğun və zəngin proqramları vardır.
Bu sözləri “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalında iştirak edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə AZƏRTAC-a müsahibəsində demişdir.
Firəngiz Əlizadə festivalın öz işini uğurla davam etdirdiyini, bu musiqi bayramı çərçivəsində keçirilmiş konsertlərin qonaqlarda xoş təəssürat yaratdığını, uşaqların gözəl muğam ifalarının onları heyran etdiyini bildirmişdir.
Xalq Artisti, eyni zamanda, bu dəfəki festivalda əvvəlkilərdən fərqli olaraq yeniliklər edildiyini, xanəndələrlə yanaşı, müsabiqədə instrumental ifaçıların da iştirak edəcəklərini və festival çərçivəsində regionlarımızda da konsertlərin keçirildiyini vurğulamışdır.