İQTİSADİYYAT
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın sabit proqnozlu reytinqini təsdiq etmişdir
Bakı, 29 aprel (AZƏRTAC). “Fitch Ratings” beynəlxalq reytinq agentliyi yerli və xarici valyutalarda emitent defoltu reytinqini (RDE) təsdiq etmişdir.
AZƏRTAC “Fitch Ratings”in məlumatına istinadla xəbər verir ki, Azərbaycan üçün uzunmüddətli reytinq sabit proqnozla “BBB-” səviyyəsində, qısamüddətli reytinq F3 səviyyəsində, ölkə reytinqinin yuxarı həddi isə “BBB-” səviyyəsində təsdiq edilmişdir.
Azərbaycanın reytinqlərinin təsdiq edilməsi aşağıdakı amilləri əks etdirir: müsbət dövlət balansı, neft satışından əvvəl nəzərdə tutulmayan gəlirlər əldə etmək imkanı və borcun aşağı səviyyəsi.
Dövlət maliyyəsinin son bir neçə il ərzində davamlı artımı qeydə alınmışdır. Azərbaycanın dövlət balansı onunla eyni reytinqə malik olan ölkələr arasında ən güclü balanslardan biridir və dövlət büdcəsinin neft gəlirlərindən asılılığını azaldır. Azərbaycan Dövlət Neft Fondunda (SOFAZ) 32 milyard dollar və ya ÜDM-nin 50 faizi həcmində vəsait toplanmışdır. Bu məbləğ xərclərin ən azı iki il ərzində 2013-cü il səviyyəsində maliyyələşdirilməsi üçün kifayətdir. Son illərdə dövlət xərcləri sürətlə artmaqdadır və 2013-cü ildə bu göstəricinin ÜDM-nin 40 faizinə çatacağı gözlənilir. Neftin zərərsiz, yəni SOFAZ-ın və büdcədənkənar xərclərin tam maliyyələşdirilməsi üçün kifayət qədər vəsait əldə edilməsi üçün zəruri qiyməti bir barrel üçün 115 dollardan yuxarıdır. Bu, neftin cari qiymətindən yüksəkdir.
Reytinqlər üzrə sabit proqnoz aşağıdakı amilləri əks etdirir: Azərbaycanın dövlət balansı reytinq üzrə oxşar dövlətlər arasında ən güclü balanslardan biridir. 2013-cü ildə real ÜDM-nin 3,5 faiz, 2014-cü ildə isə 4,5 faiz artacağı gözlənilir. Dövlət xərclərinin artması 2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda təxminən 10 faiz artıma nail olmağa stimul yaradacaqdır.