ELM VƏ TƏHSİL
“Fizika” dərsliyi elmi-metodik baxımdan müzakirə olunmuşdur
Bakı, 28 mart (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fizika fənni üzrə tam orta məktəblərdə istifadədə olan dərsliklərin elmi-metodik monitorinqi ilə bağlı keçirilən seminarda tam orta məktəblərin 9-cu sinifləri üçün istifadədə olan “Fizika” dərsliyinin elmi-metodik baxımdan müzakirəsi aparılmışdır.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, seminarda dərslik müəlliflərindən professorlar Mirzəli Murquzov və Sərhəddin Abdullayev iştirak etmişlər.
Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimlərinin də qatıldıqları müzakirələrdə dərsliyin 3-5-ci fəsilləri diqqətlə araşdırılmış, gələcəkdə yazılacaq fizika dərsliklərində kurikulum üzrə məzmun standartlarının necə reallaşdırılması haqqında fikirlər bildirilmiş və təkliflər verilmişdir.
Növbəti seminarda müzakirələr davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]