ELM VƏ TƏHSİL
Fizika fənni üzrə seminarların iş planı təsdiq olunub
Bakı, 16 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması üzrə fəaliyyət göstərən elmi-metodiki seminarlar başlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, ilk seminar fizika fənni üzrə keçirilib. Burada həmin fənn üzrə keçiriləcək seminarların iş planı müzakirə edilərək təsdiq olunub.
Seminar TQDK-nın saytında canlı yayımlanıb.
Ayrı-ayrı orta və ali təhsil müəssisələrinin müəllimləri, mütəxəssislər müvafiq məsələ ilə bağlı fikirlərini bildirib, təkliflər verilib.
Növbəti seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə və hərbi liseylərə keçiriləcək qəbul imtahanları üçün proqramların müzakirəsi və təsdiqi nəzərdə tutulur.