ELM VƏ TƏHSİL
Fizika İnstitutunun direktoru Polşada elmi müzakirələrdə iştirak edəcək
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, Fizika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Nazim Məmmədov iyunun 29-da Polşa Respublikasına səfər edəcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, səkkiz gün davam edəcək səfərin məqsədi Polşanın Kazimeje Dolna şəhərində M.Küri Skladovskaya adına Universitetin Fizika İnstitutunda keçiriləcək fotosintez vaxtı molekulyar səviyyədə enerjinin ötürülməsi ilə bağlı elmi tədqiqatların nəticələrinin müzakirəsində və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun səlahiyyətli nümayəndəsi kimi İşçi Qrupunun işində iştirak etməkdir.