İDMAN
Formula 1 Azərbaycan Qran-Prisində finiş xəttini 20 pilotdan yalnız 13-ü keçə bilib
Bakı, 29 aprel, AZƏRTAC
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində finiş xəttini 20 pilotdan yalnız 13-ü keçə bilib.
AZƏRTAC xəbər verir ki, Qran-Prinin qalibi olan Mercedes” komandasının pilotu Luis Hamilton cari çempionatda ilk qələbəsini qazanıb.
Ümumiyyətlə, Formula 1 Azərbaycan Qran-Prisinin yekununda pilotların mövqeləri aşağıdakı kimi olub:
1. Lyuis Hemilton (“Mercedes”) 1:43:44.291
2. Kimi Raykonnen (“Ferrari”) +2.460 saniyə
3. Serxio Peres (“Force India”) +4.024 saniyə
4. Sebastian Fettel (“Ferrari”) +5.329 saniyə
5. Karlos Sayns (“Renault”) +7.515 saniyə
6. Şarl Lekler (“Sauber”) +9.158 saniyə
7. Fernando Alonso (“McLaren”) +10.931 saniyə
8. Lens Stroll (“Williams”) +12.546 saniyə
9. Stoffel Vandorn ("McLaren”) +14.152 saniyə
10. Brendon Hartli (“Toro Rosso”) +18.030 saniyə
11. Markus Eriksson (“Sauber”) +18.512 saniyə
12. Pyer Qasli (“Toro Rosso”) +24.720 saniyə
13. Kevin Maqnussen (“Haas”) +30.663 saniyə
Daniel Rikkardo, Maks Ferstappen (hər ikisi “Red Bull Racing”), Esteban Okon (“Force India”), Valtteri Bottas (“Mercedes”), Sergey Sirotkin (“Williams”), Niko Hulkenberq (“Renault”) və Roman Qrojan (“Haas”) finiş xəttini keçə bilməyiblər.