REGİONLAR
Forum iştirakçıları ilə Naxçıvan gəncləri arasında futzal üzrə yoldaşlıq görüşü keçirilib
Naxçıvan, 28 noyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun iştirakçıları olan gənclər ilə Naxçıvan gəncləri arasında futzal üzrə yoldaşlıq görüşü olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, oyunun ilk hissəsi naxçıvanlı gənclərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə isə Türk Şurası gəncləri hesab arasındakı fərqi minimuma endirməyi bacarıblar. Lakin sonradan rəqibin daha üç dəfə fərqlənməsinə mane ola bilməyiblər.
Görüş Naxçıvan gənclərinin 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonda qonaqlar oyunun iştirakçıları ilə xatirə şəkli çəkdiriblər.