FORUMUN TƏNTƏNƏLİ AÇILIŞI
Həmin gün Heydər Əliyev adına Sarayda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunun açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və onun xanımını sarayın önündə böyük hörmət və ehtiramla qarşıladı.
Forumda 48 ölkədən ümumilikdə 513 nəfər iştirak edirdi. Ən böyük nümayəndə heyətləri Türkiyə, Almaniya, ABŞ, Rusiya, Ukrayna, Niderland, İsveç, Rumıniya, Norveç və Litvadan gəlmişdi.
Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı və Şimali Kiprin lideri Mehmet Əli Tələti və onların xanımlarını hərarətlə qarşıladılar.
Forumu Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açdı.