CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi Xaçmaz rayonunda təlim keçirib
Bakı, 30 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidməti Xaçmaz rayonunda birgə təlim keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili, hündürmərtəbəli binalardan, kimyəvi zəhərlənmə ocaqlarından, sel, torpaq sürüşməsi və digər təbii fəlakət zonalarından, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, həmçinin qarşılıqlı fəaliyyətin təşkili istiqamətində təcrübənin artırılması məqsədilə keçirilib.
Təlim plana uyğun keçirilib və qarşıya qoyulan məqsədlərə nail olunub.
Sonda xilasedicilərin fəaliyyəti təhlil olunub, müvafiq tapşırıqlar verilib.