CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi təlim kursu keçirib
Bakı, 28 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim kursu keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakı Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətlərinin əməkdaşları, eləcə də Akademiyanın müəllim və tələbə heyəti iştirak edib.
Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112 - qaynar xətti” və “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında məruzələr dinlənilib, videoçarxlar nümayiş olunub.