Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 sentyabr tarixli 120 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2004, № 9, maddə 738; 2016, № 9, maddə 1585; 2020, № 6, maddə 807) aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambulaya “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması Qaydası”nın 1-ci hissəsində hər iki halda və 3-cü hissəsində “Fövqəladə vəziyyət haqqında” sözləri “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” sözləri ilə əvəz edilsin.

2. “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli 32 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 132; 2020, № 11, maddə 1415; 2021, № 3, maddə 274) aşağıdakı dəyişikliklər edilsin:

2.1. preambulaya “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Fövqəladə vəziyyətin tətbiqi üçün əsas olmuş hallar nəticəsində və ya həmin halların, yaxud onların nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin tətbiq edilməsi ilə əlaqədar zərər çəkmiş şəxslərə yaşayış yerlərinin verilməsi, dəymiş maddi zərərin ödənilməsi, işə düzəlmək üçün yardım və digər zəruri köməklik göstərilməsi Qaydası”nın 1.1-ci bəndinə “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

3. “Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının ölçüləri və qaydası, o cümlədən fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial ödənişlərin və kompensasiyaların, eləcə də fövqəladə vəziyyət şəraitində tətbiq olunan digər tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi qaydası, əmlak və resursları sərf olunan təşkilatlara dəymiş zərərin ödənilməsi qaydası və məbləğinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 24 iyun tarixli 120 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 556; 2006, № 9, maddə 822; 2021, № 3, maddə 272; 2022, № 5, maddə 577) preambulasına “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

4. “Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və təmin edilməsi üçün səfərbər olunmuş şəxslərə əməyə görə ödəniş verilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 24 iyun tarixli 121 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 557; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857) preambulasına “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 181; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2019, № 1, maddə 163, № 7, maddə 1333; 2022, № 4, maddə 386) ilə təsdiq edilmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 1.1-ci bəndinə (birinci halda) “vəziyyət” sözündən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 yanvar tarixli 8 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 129, № 6, maddə 850) ilə təsdiq edilmiş “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”nın 1.3.1-ci, 2.3.4-cü yarımbəndlərinə, 3.3-cü bəndinə və “Qeyd” hissəsinin birinci cümləsinə “Fövqəladə vəziyyət” sözlərindən sonra “və sosial xarakterli fövqəladə mühit” sözləri əlavə edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 dekabr 2023-cü il

№ 432

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin