FRANSA-AFRİKA ZİRVƏ TOPLANTISI KEÇİRİLİR
Paris, 1 iyun (AZƏRTAC). Fransanın Nis şəhərində dünyanın idarə olunmasında Afrikanın yeri, sülh, təhlükəsizlik və son vaxtlar bəşəriyyəti narahat edən iqlim dəyişikliyi məsələlərini əhatə edən 25-ci Fransa-Afrika zirvə toplanısı öz işinə başlamışdır. Fransa və Misirin sədrliyi ilə keçirilən toplantı ilə yanaşı iqtisadi inkişafda özəl sektorun rolunun gücləndirilməsi istiqamətində Fransa və Afrika müəssisələri rəhbərlərinin yığıncağı da təşkil edilmişdir.
Zirvə toplantısının ev yiyəsi rolunda çıxış edən Fransa ilə birlikdə dünyanın 51 dövləti iştirak etmişdir. Fransanın 80 müəssisəsindən 230 nümayəndə və Afrika ölkələrinin 150 təmsilçisi maliyyə böhranı ətrafında fikir mübadiləsi aparmışlar.
Sudan və Zimbabve prezidentləri zirvə toplantısına dəvət edilməmişlər.
Yığıncaqda həmçinin, Fransanın müxtəlif müəssisələrinin Afrikanın geridə qalmış sənaye və kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi məqsədilə qitənin ayrı-ayrı ölkələrinə sərmayə qoyulması geniş müzakirə obyektinə səbəb olmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]