İDMAN
Fransa Azərbaycanda dünya çempionu olmuşdur
Bakı, 13 oktyabr (AZƏRTAC). Oktyabrın 13-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012” başa çatmışdır. Fransa və Koreya Xalq Demokratik Respublikasının (KXDR) yığmaları arasındakı final qarşılaşmasında fransızlar 1-ci yerin sahibi olaraq çempionat kubokunu ölkələrinə aparmağa nail olmuşlar.
AZƏRTAC xəbər verir ki, gərgin keçən final mübarizəsini italiyalı baş hakim Carina Vitulano idarə etmişdir. Ona həmyerliləri Romina Santuari və Giuliana Guarno kömək etmişlər.
KXDR yığmasının heyətində meydançaya Rim Yong Hva, Choe Sol Gyong, Kim Hyang Mi, Choe Yun Gyong, Ri Hyang Sim, Ri Un Sim, Kim Fyonq Hva, Jon So Yon, Choe Chung Bok, Ri Un Yong və Kim So Hyanq çıxmışlar.
Baş məşqçi Quy Ferrierin rəhbərlik etdiyi Fransa millisinin start heyətində isə Romane Bruneau, Aissatou Tounkara, Qriedge Mbok Bati, Li Deklerk, Kadidiatou Diani, Sandie Toletti, Marion Romanelli, Ghoutia Karchouni, Noemie Carage, Juliane Gathrat, Delphine Cascarino iştirak etmişlər.
Mübarizənin əsas vaxtında qalib müəyyənləşməmiş, hesab 1:1 olmuşdur. Fransa komandasının heyətində Li Deklerk KXDR komandasında isə Ri Un Sim fərqlənmişlər.
Penalti zərbələrindən sonra Fransa komandası (7:6) qalib gəlməyi bacarmışdır.