ELM VƏ TƏHSİL
FRANSA MƏDƏNİYYƏTİ MƏRKƏZİNDƏ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 3-də Jorj Sand adına Bakı Fransa Mədəniyyəti Mərkəzində “XIX əsrin sonları XX sərin əvvəllərində Azərbaycanda mədəni mühit və Fransa maarifçiliyi” mövzusunda konfrans keçirilmişdir. “Anadolu” Fransa Tədqiqatlar İnstitutu (İstanbul) və Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun birgə hazırladıqları konfransda institutun baş elmi işçisi, fəlsəfə elmləri namizədi Zöhrə Əliyeva məruzə ilə çıxış etmişdir.
Z.Əliyeva demişdir ki, maarifçilik problemi əvvəllər olduğu kimi, indi də aktualdır. Maarifçiliyin modernləşdirilməsi məsələlərinin həllinə xüsusi diqqət yetirilir, nəşr olunan çoxsaylı kitablarda müəlliflər maarifçiliyin tarixi fenomenini araşdırır, öz kəşfləri və yeni ideyaları ilə bölüşürlər. Məruzəçi Azərbaycanda maarifçilik məsələlərinə toxunan Fransua Jorjon kimi əcnəbi alimlərin fikirlərini maraqlı sayır.
Məruzədən sonra müzakirələr keçirilmişdir.