FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JAK ŞİRAKA
Hörmətli cənab Prezident, Əziz dostum,
Sizi - görkəmli dövlət xadimini 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Müasir dünya siyasətində xüsusi nüfuz sahibi kimi Siz Yer üzündə sülhün bərqərar olmasında, beynəlxalq proseslərin ədalətlə tənzimlənməsində fəal iştirak edir, mühüm rol oynayırsınız.
Xalqınızın Sizə böyük inam və etimadı Fransa qarşısında xidmətlərinizə verilən ən yüksək qiymətdir.
Ölkəmizə göstərdiyiniz diqqətə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün mütəmadi səylərinizə görə Sİzə minnətdaram.
Sizinlə hər bir görüşümüzdən, aramızdakı səmimiyyətdən və dostluq münasibətlərindən böyük məmnunluq duyuram.
Bu əlamətdar gündə Sİzə möhkəm cansağlığı, səadət, dost Fransa xalqının rifahı naminə fədakar işinizdə uğurlar arzulayıram.
Səmimi dostluq hissləri ilə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2002-ci il