FRANSA SENATINA KİM BAŞÇILIQ EDƏCƏKDİR?
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 21-də senatorların müəyyən hissəsinin təzələnməsi ilə əlaqədar keçirilmiş seçkilərdən sonra qanunverici orqanın yuxarı palatasının Senata sədrlik uğrunda mübarizəsi qızışmışdır.
Senatın hazırkı sədri Xalq Hərəkatı Uğrunda (UMP) Partiyasından olan 80 yaşlı Kristian Ponsöle yenidən öz namizədliyini irəli sürməyi qərara almışdır. Daha üç nəfər Senat sədri vəzifəsinə seçilməkdə iddialıdır. K.Ponsölenin partiyadaşı, keçmiş baş nazir Jan-Pyer Raffarən, keçmiş maliyyə naziri Jerar Larşe və baş maliyyə müfəttişi Filip Marini də oktyabr ayının 1-də keçiriləcək Senat sədrliyinə namizəd göstərilmişlər. Yerli siyasətçilər iqtidara daha yaxın olan Jan-Pyer Raffarənin Senatın sədri seçilməyə daha real namizəd olduğunu bildirmişlər.
Xatırladaq ki, Kristian Ponsöle 1998-ci ildən Senata sədrlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [12:10]