ELM VƏ TƏHSİL
FRANSA UNİVERSİTETİ İLƏ BİRGƏ SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda seminar keçirilmişdir.
Seminardan məqsəd Fransanın Nant Universitetinin Jan Leray riyaziyyat laboratoriyası ilə institutun birgə həyata keçirdikləri tərs məsələlər, sərhədlə idarə və onların tətbiqi EGIDE-ECONET layihəsi çərçivəsində görülən işlərin müzakirəsini aparmaq olmuşdur.
İnstitutun direktoru, akademik Fikrət Əliyev hər iki elm ocağı arasındakı əlaqələrin inkişaf perspektivlərindən danışaraq, gələcəkdə birgə elmi-tədqiqat işlərinin davam etdirilməsinin əhəmiyyətini qeyd etmişdir.
Fransanın Nant Universitetinin Jan Leray riyaziyyat laboratoriyasının professoru Abdelcalil Naşaunun “Shape optimallaşdırma məsələləri, onların sənayedə tətbiqi və həlli metodları” mövzusunda məruzəsi dinlənilmişdir.
Qonaq təmsil etdiyi universitetin laboratoriyası ilə institut arasındakı əməkdaşlığın hazırkı vəziyyətindən, layihə çərçivəsində aparılan elmi-tədqiqat işlərindən və gələcək planlardan da danışmışdır.
Sonra A.Naşau seminar iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.