FRANSADA 4,5 MİLYON İMMİQRANT VARDIR
Məlumatda bildirilir ki, immiqrantlar ölkə əhalisinin 9,6 faizini təşkil edirlər. Ailəsini dolandırmaq xatirinə Fransaya mühacirət edənlərin 50,3 faizi qadınlardır.
Avropa ölkələrindən mühacirət edənlərin sayı əvvəlki illərlə müqayisədə bir qədər azalmışdır.1999-cu ildə immiqrasiya edənlərin sayı 46 faiz təşkil etmişdirsə, 2004-cü ildə bu rəqəm 41 faiz olmuşdur.
1999-cu ildə Asiya qitəsindən 12 faiz mühacir qeydə alınmışdırsa, 2004-cü ildə immiqrantların sayı artaraq 14 faizə çatmışdır. Afrika qitəsindən mühacirət edənlər nəzərəçarpacaq dərəcədə artaraq, 2004-cü ildə 42 faiz olmuşdur.
Fransaya mühacirət edənlərin 30 faizi vaxtilə bu ölkənin müstəmləkəsi olmuş Əlcəzair, Tunis və Mərakeşin payına düşür. Fransaya pənah gətirmiş türklərin, əlcəzairlilərin və mərakeşlilərin 25 faizi işsiz kimi qeydə alınmışdir. İtalyanlar, ispanlar və portuqaliyalılar arasında işsizlər isə 6 faizdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [17:39]
Avropa Mərkəzi Bankı avrozonada maliyyə riskləri ilə bağlı xəbərdarlıq edib
- 18.11.2026 [17:29]
Macarıstanın xalis sıfır emissiya hədəfi 48 milyard avroya başa gələ bilər
- 18.11.2026 [17:09]
Konqoda Ebola epidemiyası rekord sürətlə yayılır və ölüm halları artır
- 18.11.2026 [16:40]
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba xəbərdarlığı edilib
- 18.11.2026 [16:12]