DÜNYA
Fransada beş uşaq yanğın zamanı həlak olmuşdur
Paris, 31 mart (AZƏRTAC). Fransada martın 30-dan 31-nə keçən gecə Esn (Aisne) departamentinin San Kantən yaşayış məntəqəsində baş vermiş yanğın beş uşağın həyatına son qoymuşdur.
Qəsəbədəki ikimərtəbəli şəxs evdə yerli vaxtla gecə saat 22.00-da evin alovlandığını görən qonşular dərhal həyəcan qaldırmışlar. Ailəsini xilas etmək üçün ikinci mərtəbədən yerə atılan ata yaralanmışdır. Onun yarasının o qədər də ciddi olmadığı bildirilmişdir.
Alovu söndürən yanğınsöndürənlər otaqların birində dəhşətli mənzərə ilə rastlaşmışlar, 2-12 yaşlarında beş uşaq tüstüdən boğularaq həyatla vidalaşmışdır.
Hadisə yerinə gələn polis yanğının başvermə səbəbini araşdırmağa başlamışdır.
Həyat yoldaşından ayrılan kişinin istirahət gününü uşaqları ilə birlikdə keçirmək üçün onların yaşadıqları evə gəldiyi bildirilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri,
Paris