FRANSADA CİNAYƏTKARLAR 2 MİLYON AVRO APARMIŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın Nor departamentindəki Aniş şəhərinin mərkəzində naməlum silahlı şəxslər bir cəmiyyətin kassasına hücum edərək 2 milyon avro aparmağa müvəffəq olmuşlar.
Ağır silahlarla silahlanmış 6 nəfərlik quldur dəstəsi günorta radələrində əllərində partlayıcı maddə kassanın yerləşdiyi binaya soxulmuş, gözətçiləri tərksilah etmiş və seyfləri partladaraq 2 milyon avro götürmüşlər. Onlar hadisə yerinə gəlmiş polisə müqavimət göstərmiş və qanun keşikçilərinə atəş açmışlar. Sonra iki maşına minərək aradan çıxa bilmişlər.
Atışma zamanı heç kim xəsarət almamışdır.
Regional polis cinayətkarları tapmaq üçün axtarışa başlamışdır.
Xatırladaq ki, 2007-ci ilin iyununda da cinayətkarlar həmin kassaya hücum etsələr də, istədiklərinə nail ola bilməmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]