İQTİSADİYYAT
Fransada Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanın iclası işə başlamışdır
Bakı, 6 iyun (AZƏRTAC). Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransada Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanın üçüncü iclasında iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və YUNESKO tərəfindən yaradılmış Komissiyanın məqsədi dünyada genişzolaqlı çıxışın yayılmasına kömək etməkdir. Ə.Abbasov texnika sahəsinin 50-yə yaxın görkəmli xadimlərindən, eləcə də özəl sektor və sosial xidmətlər sahəsinin nümayəndələrindən ibarət komissiyanın üzvüdür.
İyunun 7-də Parisdə, həmçinin informasiya-kommunikasiya texnologiyaları (İKT) şirkətlərinin iştirakı ilə birinci Azərbaycan-Fransa İKT biznes forumu da keçiriləcəkdir. Forum çərçivəsində Əli Abbasovun Fransanın sənaye, energetika və rəqəmsal iqtisadiyyat naziri Erik Besson və “ArianeSpace” şirkətinin rəhbəri Jan-İv Le Galla görüşləri nəzərdə tutulmuşdur.
Xatırladaq ki, milli peykin “ArianeSpace” şirkətinin istehsalı olan raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılması nəzərdə tutulmuşdur.