FRANSADA GÜCLÜ QAR YAĞMIŞDIR
Paris, 18 dekabr (AZƏRTAC). Fransada güclü qar yağmışdır. Aramsız yağan qar ölkəni iflic vəziyyətinə salmışdır. Fransanın hava məlumat bürosu 50 departamentdə, xüsusilə ölkənin qərb bölgəsində gündəlik normadan artıq qar yağdığını bəyan etmişdir. Bəzi yerlərdə qar uçqunları təhlükəli vəziyyət yaratmışdır. Yağıntı bəzi regionlarda elektrik xətlərini sıradan çıxarmışdır. Bir neçə departamentdə şəhərlərarası nəqliyyat vasitələrinin yollarda hərəkəti qadağan edilmişdir. Parisin nəhəng Şarl de Qoll və Orli hava limanlarında uçuşlar ləğv edilmiş, yaxud da qeyri-müəyyən vaxtadək təxirə salınmışdır.
Hazırda ölkədə qar ara vermədən yağır. Hava məlumat bürosu əhalini ehtiyatlı olmağa çağırmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]