Fransada hökumət yenidən formalaşdırılıb
Paris, 27 fevral, AZƏRTAC
Yelisey Sarayının yaydığı bəyanata əsasən, Baş nazir Sebastyan Lökornü bələdiyyə seçkilərinin birinci turuna üç həftədən az vaxt qaldığı bir dövrdə hökumət komandasını yeniləyib.
AZƏRTAC xəbər verir ki, S.Lökornü hələ fevralın əvvəlində bu dəyişikliklərin bələdiyyə seçkilərində namizəd olan nazirlərə seçki kampaniyası aparmaq imkanı yaratmaq məqsədilə edilən məhdud tənzimləmələr olacağını bildirmişdi.
Dəyişikliklərə əsasən, Hesablama Nazirliyində Ameli de Monşaleni David Amyel əvəz edib. Paris meriyası uğrunda mübarizə aparan mədəniyyət naziri Raşida Datinin yerinə Versal Sarayının sabiq prezidenti Katerin Peqar təyin olunub.
Əlillər və muxtariyyət məsələləri üzrə nazir vəzifəsi Kamiy Qalyar-Minyeyə həvalə edilib. Sabrina Aqresti-Rubaş peşə təhsili və şagirdlik üzrə nazir kimi hökumətə qayıdıb. Hökumət sözçüsü Mod Brejon isə enerji sahəsinə cavabdeh olacaq.
Bu, Sebastyan Lökornünün rəhbərlik etdiyi hökumətin üçüncü tərkibidir. Milli Assambleyada sabitlik qorunacağı təqdirdə, kabinetin mandatın sonunadək fəaliyyət göstərməsi planlaşdırılır. Yeni hökuməti qarşıdakı aylarda dövlət idarəçiliyi, kənd təsərrüfatı və həyatın sonu (evtanaziya) ilə bağlı qanun layihələrinin müzakirəsi gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]