FRANSADA MƏSCİD YANDIRILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın Parisdən sonra ikinci böyük şəhəri hesab edilən Liyonun yaxınlığındakı Sen-Priest yaşayış məntəqəsindəki məscid naməlum şəxslər tərəfindən yandırılmışdır.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovu geniş yayılmasının qarşısını almağa müvəffəq olmuşlar.
Məscidin yandırılması Liyonda və onun ətrafındakı qəsəbələrdə, habelə ölkənin digər şəhərlərində yaşayan müsəlmanları qəzəbləndirmişdir. Bəzi yerlərdə keçirilən etiraz nümayişlərində ölkə rəsmilərindən son vaxtlar müsəlmanlara qarşı genişlənməkdə olan rasizm hallarına son qoyulması üçün ciddi tədbirlər görmək tələb olunmuşdur.
Fransanın xarici işlər naziri baş vermiş hadisədən təəssüfləndiyini bildirmiş və bu hadisəni törədənlərin tezliklə tapılaraq öz cəzalandırılacaqlarını bəyan etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [12:43]
Fransa Ukraynada hərbi personalının iştirakını təsdiqləyib
- 19.11.2026 [12:37]
Çin, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşü başlayıb
- 19.11.2026 [12:36]
İran: Regional təhlükəsizlik xarici müdaxilə olmadan təmin edilməlidir
- 19.11.2026 [12:15]
Tütündən istifadə hər il 8 milyon insanın həyatına son qoyur
- 19.11.2026 [12:09]
Gürcüstanın xarici ticarət dövriyyəsi 9,6 faiz artıb
- 19.11.2026 [11:57]