DÜNYA
FRANSADA QRİP EPİDEMİYASI TÜĞYAN EDİR
Son üç həftədə Fransada 600.000 adam yeni qrip virusuna yoluxmuşdur. Ölkə paytaxtının əksər rayonlarında yüksək hərarət, kəskin baş ağrısı, güclü öskürək, ürəkbulanması ilə özünü biruzə verən qrip epidemiyası tüğyan edir.
AZƏRTAC-ın xüsusi müxbiri Parisdən xəbər verir ki, qripə yoluxanların əksəriyyəti yaşı 20-dən az olan gənclər və yeniyetmələrdir. Ölkənin səhiyyə təşkilatları qarşıdakı iki həftədə qrip epidemiyasının daha geniş yayılacağı barədə əhalini xəbərdar etmişdir. Səhiyyə işçiləri yeni qrip epidemiyasının yayılmasının qarşısını almağa səfərbər olunmuşlar.