FRANSADA RASİZM HALLARI SƏNGİMƏK BİLMİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransa hökumətinin gördüyü tədbirlərə baxmayaraq, ölkədə rasizm halları səngimək bilmir.
Sentyabrın 4-dən 5-nə keçən gecə naməlum şəxslər Arq şəhərində müxtəlif millətlərin nümayəndələrinin təhsil aldığı məktəb binasının divarlarına alman faşistlərinə məxsus xaç şəkilləri çəkmiş, etnik qrupları təhqir edən sözlər yazmışlar.
Divarlarda 50-yə yaxın iri xaç şəkli çəkilmiş, “Ərəblərə ölüm!”, “Yəhudilər, rədd olub gedin!” ifadələri və alman dilində nasizm çağrışları yazılmışdır. Bu hərəkət yerli sakinlərin qəzəbinə səbəb olmuş və onlar cinayətkarların tezliklə tutulub mühakimə olunmasını tələb etmişlər.
Hadisə yerinə gəlmiş təhsil naziri Ksavye Darko bu halı qətiyyətlə pisləmiş, cinayətin yeniyetmələr tərəfindən deyil, yaşlı adamların əli ilə görüldüyünü güman etdiyini bildirmiş, belə hərəkətlərin Fransada yaşayan müxtəlif millətlərin nümayəndələri arasında nifaq salmaq məqsədilə törədildiyini və cinayətkarların əməllərinin cəzasız qalmayacağını bəyan etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]