FRANSADA SİLAH ANBARI AŞKAR EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın Ruan gömrük idarəsinin əməkdaşları bir kolleksiyaçının mənzilində əsl silah anbarı aşkar etmişlər.
Mənzildə axtarış zamanı bir raketatan qurğu, bir neçə kiloqramlıq müxtəlif hərbi sursat, 34 qumbara, beş bomba, 21 mərmi və partlayıcı maddələr tapılmışdır.
Mənzilin 62 yaşlı sahibi İkinci Dünya müharibəsindən qalmış və partlayış gücünü itirməmiş bəzi sursatı kolleksiya məqsədi ilə topladığını etiraf etmişdir.
Xatırladaq ki, son on ildə fransız gömrükçüləri qanunsuz saxlanan 195 min 856 ədəd müxtəlif növ silah və raket aşkar etmişlər.
Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kollektiv cari ilin altı ayını uğurla başa vurmuşdur. Belə ki, qeyri-büdcə və büdcə təşkilatlarından 987 min manat sosial sığorta yığımı proqnozuna qarşı 1 milyon 10,4 min manat vəsait toplanaraq tapşırığa 105,6 faiz əməl edilmişdir.
Toplanan vəsait hesabına əhalinin pensiya və müavinətləri vaxtında ödənilmişdir.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin ötən altı ayı ərzində istehlaka yönəldilmiş elektrik enerjisi haqqının ödənilməsində irəliləyişə nail olunmuşdur. Belə ki, həmin müddətdə 37,8 milyon manat ödənilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
- 14.11.2026 [09:21]
Hörmüz boğazında tanker minaya düşərək yanıb
- 14.11.2026 [07:18]
Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək
- 14.11.2026 [07:08]
Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]