Fransada sosial partlayış gözlənilir
Paris, 22 noyabr, AZƏRTAC
Fransada sosial partlayışın baş verməsi ilə bağlı ehtimallar yüksəlir. Fransızların 85 faizi düşünür ki, yaxın aylarda ölkədə sosial partlayış baş verəcək. Hər 10 fransızdan 9-u isə sanitar böhranın iqtisadi və sosial nəticələrindən çox narahat olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın İctimai Rəy və Marketinq Tədqiqatları İnstitutunun (İFOP) “Cnews” televiziya kanalı və “Sud Radio” radiosunun sifarişi ilə apardığı sosial sorğunun nəticələrinə dair məlumatda bildirilib.
Qeyd edilib ki, respondentlərin 85 faizi yaxın aylarda ölkədə sosial partlayış olacağını gözləyir. Rəyi soruşulanların əksəriyyəti, o cümlədən “Milli Birlik”, “Yenilməz Fransa”, Sosialistlər və Respublikaçılar partiyalarının tərəfdarları sosial partlayışı real təhlükə hesab ediblər.
Sorğunun nəticələrinə görə, hakim “İrəli Respublika” partiyasına rəğbət bəsləyənlər sosial partlayışdan ən az narahat olanlardır.
Sorğuda iştirak edənlərin 90 faizi böhranın iqtisadi və sosial nəticələrindən çox narahat olduqlarını, 69 faizi isə özləri və ya ailə üzvləri artıq böhran yaşadıqlarını diqqətə çatdırıblar.
Sorğunun nəticələri xalqın hökumətə etimadının azaldığını göstərib. Respondentlərin 55 faizi hökumətə etimad etmədiyini, 61 faizi hökumətin virusa qarşı səmərəli mübarizə aparmadığını deyib.
İFOP-un sorğusunda 1007 respondent iştirak edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
- 13.06.2026 [05:44]
Dünyanın ən təhlükəli 7 vulkanı
- 13.06.2026 [03:26]
Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür
- 13.06.2026 [00:10]
Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [18:51]
HDQ-də döyüş atışlı taktiki təlim olub
- 12.06.2026 [18:46]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:44]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:28]