FRANSADA TƏBİƏTİN ŞILTAQLIĞI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransada bir neçə gün davam edən bərk istilərdən sonra şənbə günü kəskin iqlim dəyişikliyi baş vermiş, güclü küləklə müşayiət olunan dolu ölkənin qərbindəki Ot-Qaron departamentinin Sənt-Foy-de-Peiroliyer və digər yaşayış qəsəbələrində böyük dağıntılara səbəb olmuşdur. İri həcmli dolu dənələri evlərin damını sıradan çıxarmış, 2000-dən çox mənzil müvəqqəti olaraq elektrik işığından məhrum olmuş, ağaclara ciddi ziyan dəymişdir.
Əhalinin tez bir zamanda təhlükəsiz yerlərə köçürülməsinə baxmayaraq, əlillər evində iki nəfər yaralanmışdır.