FRANSADA TƏTİLLƏR ARA VERMİR
AzrTAc-ın xüsusi müxbiri xəbər verir ki, Fransada tətillər ara vermir. Ölkənin səhiyyə işçilərinin və nəqliyyatçılarının tətilindən sonra hava limanının əməkdaşları da oktyabrın 25-dən etibarən uzunmüddətli tətilə başlamışlar.
Paytaxtın ən böyük hava limanlarından biri olan Ruassidə hava limanı işçilərinin 60 faizi, Orlidə isə 70 faizi tətilə başlamışlar. 100-dən artıq əyalətin hava limanları paytaxt tətilçilərinə qoşulmuşlar. Onlar hökumət qarşısında iş şəraitlərinin yaxşılaşdırılması və əmək haqlarının artırılması tələbini qoymuşlar.
Fransanın ən böyük “Er Frans” və digər hava limanı işçilərinin tətili nəticəsində yaxın və uzaq məsafələrə uçuşların bəziləri ləğv edilmiş və yaxud bir neçə saat gecikdirilmişdir.
Hava nəqliyyatçıları onların tələbləri yerinə yetirilmədiyi halda tətili oktyabrın 29-dək davam etdirəcəkləri barədə dövlət rəsmilərini xəbərdar etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [21:44]
Antalyada Türkiyənin İqlim Məktəbi açılıb
- 14.11.2026 [21:01]
Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb
- 14.11.2026 [20:02]
Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər
- 14.11.2026 [19:30]
Dünya çempionu Almaniya prezidentliyinə namizəddir
- 14.11.2026 [19:07]
"Meta" 805 milyon avro məbləğində cərimələnib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]