DÜNYA
Fransanın “Airbus” şirkəti rekord sayda sifariş qəbul etmişdir
Paris, 22 mart (AZƏRTAC). Fransanın “Airbus” şirkəti rekord sayda sifariş qəbul etmişdir.
Ölkənin Lion şəhərindəki təyyarəqayırma zavodu İndoneziya dövlətindən 18,4 milyard avro dəyərində 234 ədəd “A320” təyyarəsinin sifarişini almışdır. Zavodun fəaliyyət göstərdiyi müddətdə bu rekord sifariş hesab olunur.
Yelisey sarayında sifarişlə bağlı müqavilənin imzalanması mərasimində Fransa Prezidenti Fransua Olland və “Airbus” şirkətinin rəhbəri Fabris Brejyeni iştirak etmişlər.
Son vaxtlar “Airbus” ilə Amerikanın “Boeing” şirkəti arasında təyyarə satışı sahəsində əməlli-başlı rəqabət yaranmışdır. Bir müddət əvvəl beynəlxalq bazarda hegemonluğa sahib olan “Boeing” artıq öz yerini “Airbus” təyyarələrinə verməkdədir. Son vaxtlar Cənub-Şərqi Asiya ölkələri fransız şirkətinə məxsus təyyarələrinin alınmasına üstünlük verməyə başlamışlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris