İDMAN
Fransanın Caenın Ouisterham vilayəti merinin müavini Azərbaycan futbolçuları ilə görüşüb
Bakı, 27 mart, AZƏRTAC
Fransanın Caenın Ouisterham vilayəti merinin idman və insan resursları üzrə müavini Jan-Klod Poilpot Avropa çempionatının elit-raund mərhələsinin oyunlarında iştirak etmək üçün bu şəhərdə olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, U-19-un məşqini izləyən Jan-Klod Poilpot Azərbaycan nümayəndə heyətinin rəhbəri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov ilə görüşüb, yığmamıza qarşıdakı oyunlarda uğurlar arzulayıb.
V.Sadıqov yüksək qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.