Azərbaycan Dövlət İnformasiya Agentliyi

FRANSANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ

Fransanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə iyulun 14-də “Həyat Park” mehmanxanasında rəsmi qəbul təşkil etmişdir. 

Azərbaycan Prezidenti Heydər Əliyev qəbulda iştirak etmişdir.

Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Azərbaycanın və Fransanın dövlət himnləri səsələndi.

Fransa Respublikasının ölkəmizdəki səfiri xanım Şantal Puare və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev rəsmi qəbulda nitq söylədilər.

FRANSANIN AZƏRBAYCANDAKI SƏFİRİ ŞANTAL PUARENİN NİTQİ

-Cənab Prezident!

Xanımlar və cənablar!

Cənab Prezident, bizim milli bayramımıza Sizin yenidən təşrif buyurmağınız həmvətənlərim və şəxsən mənim üçün böyük şərəfdir. Mən həmçinin burada bizim azərbaycanlı dostlarımızı görməkdən məmnunam. Ona görə məhz bizim dostlarımız deyirəm ki, baxmayaraq, bu, Azərbaycan torpağında qeyd etdiyim ilk milli bayramımdır, sələfim kimi, mən də özümü burada öz evimdəki kimi hiss edirəm.

Azadlıq, bərabərlik, qardaşlığa söykənən demokratiyamız öz prinsiplərinin reallığa çevrilməsinə xeyli vaxt sərf etmişdir. Müasir iqtisadiyyat yaratmaq üçün də kifayət qədər vaxt lazım olmuşdur. Azərbaycanın isə zaman baxımından belə bir imkanı olmamışdır. Siz SSRİ-nin dağılması, qloballaşma, müstəqilliyə qovuşarkən ölkənizin üzləşdiyi böyük çətinliklər şəraitində qısa bir zaman ərzində hüquqi dövlət quruculuğuna yönəlmiş islahatlar həyata keçirmisiniz.

Biz müxtəlif sahələrdə əməkdaşlıq etməklə bu yolda sizinlə birlikdə olmaqdan məmnunuq. Siyasi-strateji sahədə sizin üçün çox dəyərli olan müstəqilliyinizi möhkəmləndirərək, eyni zamanda terrorizm əleyhinə mübarizədə həmrəyliyinizi bütün dünyaya nümayiş etdirirsiniz. Cənab Prezident, Fransa terrorizmə qarşı konkret mübarizə aparan, - xüsusilə də Əfqanıstanda və Orta Asiyada, - dövlətlərdən biridir. Bu işdə göstərdiyiniz çox dəyərli, yüksək qiymətləndirilən həmrəyliyiniz üçün Sizə təntənəli şəkildə təşəkkür edirəm.

Siz Avropaya maraq göstərirsiniz. Ölkəniz öz coğrafi-strateji mövqeyi ilə Avropanın bir hissəsi kimi çıxış edir və Azərbaycanın Avropa Şurasına daxil olması bu faktın tanınması deməkdir. Siz bizim dəyərlərimizə qoşulmağı qərara almısınız və onları addım-addım, tədricən həyata keçirirsiniz.

 

Fransa və Avropa Birliyi irəli getmək üçün daim sizin yanınızda olacaqdır.

Cənab Prezident, icazə verin, Sizin üçün əlamətdar olan bu günlərdə müstəqil bir dövlətin başçısını salamlayım və Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün göstərdiyiniz şəxsi əzminizi qeyd edim. Mən Azərbaycanda olduğum müddət ərzində köçkün düşmüş şəxslərin vəziyyətinin nə dərəcədə ağrılı-acılı olduğunun şəxsən şahidi olmuşam. İcazə verin, Sizi Fransa Respublikasının Prezidenti cənab Jak Şirakla bağlayan dəyərli dostluq münasibətlərinizi qeyd edim. Arzu edim ki, Minsk qrupunun əməkdaşlığı ilə irəliyə gedə biləsiniz.

Enerji ehtiyatlarına malik olan ölkəniz Fransanın və Avropanın yanacaqla təmin edilməsində çoxşaxəlilik və təhlükəsizlik baxımından uzunmüddətli iqtisadi və strateji tərəfdaşı kimi çıxış edir.

Fransanın baş naziri cənab Raffaren neft və qaz sərgi-konfransına ünvanladığı məktubunda da məhz bu fikri qeyd etmişdir. Enerjidən gələn gəlir ölkənizin iiqtisadiyyatına zəruri çoxşaxəli xarakter verilməsinə və ümumiyyətlə inkişafa imkan yaradacaqdır. Bizim ölkəmiz davamlı inkişafa xidmət edən bu yolda sizinlə birlikdə olmağı arzulayır.

Mədəniyyətə gəldikdə, mən ölkələrimizin ikitərəfli əməkdaşlığının əhəmiyyətini, frankofoniya aylığı və hər il keçirilən musiqi bayramı kimi yaddaqalan məqamları vurğulamaq istərdim.

Cənab Prezident, həmvətənlərim və mən hörmət bəslədiyimiz və özümüzə çox yaxın hesab etdiyimiz bir xalqın naminə apardığınız işin tam uğurla başa çatmasını arzulayırıq.

Cənab Prezident, təşəkkür edirəm.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Hörmətli xanım səfir!

Hörmətli xanımlar və cənablar!

Sizi Fransanın milli bayramı - Bastiliya günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə, Fransa xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

14 iyul Fransa inqilabı təkcə Fransanın həyatında yox, bütün bəşəriyyətin həyatında ən böyük tarixi hadisələrdən biridir. Dünyada ilk dəfə fransızlar insan haqları və insanların bərabər hüquqlara malik olması haqqında fikirləri irəli sürdülər və onların həyata keçirilməsi üçün çox ciddi tədbirlər gördülər.

Sübut etməyə ehtiyac yoxdur ki, indi bütün dünyada mütərəqqi insanların, xalqların, ölkələrin tutduğu demokratiya yolu məhz Fransadan başlayıbdır və bunun əsasını fransızlar qoyublar. O vaxtdan ötən illər, əsrlər dünyanı dəyişdiribdir. Amma Fransa bu dəyişikliklərin həmişə önündə gedən bir ölkə olmuşdur.

Fransa bu gün ən inkişaf etmiş dövlətlərdən biri olaraq, dünyada və Avropada beynəlxalq əlaqələrdə, beynəlxalq məsələlərin həllində xüsusi rol oynayır. Onun bu sahədə fəaliyyətinin əsas istiqaməti sülh, əmin-amanlıq yaratmaq, demokratiyanı inkişaf etdirmək, insan haqlarını qorumaq, demokratik dəyərləri yaymaqdan ibarətdir. Bütün bunlar və Fransanın çox zəngin, qədim mədəniyyəti Azərbaycan xalqını həmişə cəlb etmişdir. Bizim xalqımız həmişə Fransa ilə, fransızlarla daha yaxın əlaqədə olmağa çalışmışlar. Azərbaycan xalqına belə fürsət dövlət müstəqilliyi əldə edəndən sonra yaranıbdır. Biz bu fürsətdən istifadə edərək, müstəqilliyimizin ilk dövründən indiyə qədər Fransa ilə əlaqələri özümüz üçün çox əhəmiyyətli hesab etmişik və edirik. Bu əlaqələrin inkişaf etməsi üçün öz tərəfimizdən lazım olan addımları həmişə atmışıq və bu gün də atırıq.

Fransa ilə bizim çox sıx dostluq və faydalı əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələr, demək olar ki, bütün sahələri - həm siyasi, iqtisadi, həm də elmi-mədəni, humanitar və digər sahələri əhatə edir. Biz dostluğumuzu və əlaqələrimizi yüksək qiymətləndiririk. Bu əlaqələri qorumaq, saxlamaq, inkişaf etdirmək üçün səylər göstəririk.

Bu yaxınlarda Fransada mühüm hadisələr baş verdi. Ölkədə prezident seçkiləri keçirilirdi. Seçkilərin birinci mərhələsində yaranmış vəziyyət həm Fransa xalqını, həm də bizi çox narahat etdi. Ancaq Fransa xalqı dərhal bu vəziyyətə öz münasibətini göstərdi və faşizmə qarşı ciddi mövqe tutduğunu bildirdi. Fransa da bunun yolverilməz olduğunu bəyan etdi və seçkinin ikinci mərhələsində Fransanın mütərəqqi qüvvələri və mənim, Azərbaycan xalqının çox əziz dostu, hörmətli Jak Şirak seçkidə böyük üstünlüklə qələbə qazandılar. Bu, təkcə Jak Şirakın qələbəsi deyildi. Bu, müasir dövrdə Fransanın ən mütərəqqi qüvvələrinin qələbəsi idi.

Son zamanlar bəşəriyyəti narahat edən məsələlərdən biri beynəlxalq terrorizmin özünü güclü göstərməsidir. Məhz belə bir vəziyyətdə beynəlxalq terrorizmə qarşı bütün qüvvələrin Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə birləşməsi nəticəsində vahid alyans, koalisiya meydana çıxdı. Fransa daim terrorizmlə mübarizə aparan bir ölkə kimi, təbiidir ki, burada rol oynadı və oynayır.

Sentyabrın 11-də Nyu-Yorkda, Vaşinqtonda baş vermiş dəhşətli terror hadisələri zamanı Azərbaycan dərhal öz münasibətini bildirdi və terrorizmlə mübarizədə alyansla bir yerdə olduğunu bəyan etdi və öz imkanlarını təqdim etdi. Biz o vaxtdan bu mübarizəyə qoşulmuşuq, üzərimizə düşən vəzifələri yerinə yetirmişik və yetiririk. Bundan sonra da biz beynəlxalq terrorizmlə mübarizədə daim bir alyansda olacağıq.

Azərbaycan xalqı terrorizmdən ən çox zərər görmüş və ən çox əziyyət çəkmiş xalqlardan biridir. Dağlıq Qarabağda təcavüzkar separatizmin meydana çıxması, onunla bərabər terrorizmin meydana çıxması və nəhayət, bunun böyük münaqişəyə, Ermənistan-Azərbaycan münaqişəsinə, müharibəsinə çevrilməsi - bunların hamısı dünyaya məlum olan faktlardır. Azərbaycanın indiyə qədər belə hadisələrdən nə dərəcədə zərər çəkdiyini yaxşı göstərir.

Son illərdə, onilliklərdə ayrı-ayrı ölkələrdə mövcud olan terrorçu qrupların hərəkətləri getdikcə güclənmiş və nəhayət, mütəşəkkil xarakter alaraq, beynəlxalq terrorizmə çevrilmişdir. Biz bunu öz ölkəmizdə son on ildə görmüşük. Həm Ermənistan qəsbkarlarının həyata keçirdikləri terror aktları, həm digər xarici xüsusi xidmət orqanları tərəfindən hazırlanmış və Azərbaycana göndərilmiş terrorçuların həyata keçirdikləri terror aktları - bunların hamısı Azərbaycan xalqına məlumdur. Biz onlarla mübarizə aparmışıq və aparırıq. Ancaq terrorizmin kökü kəsilməlidir.

Bəlkə də Azərbaycan üçün lokal hadisə olsa da, mən bunu demək istəyirəm. Bir neçə ay bundan öncə Azərbaycanın şimal-qərb zonasında, Zaqatala rayonunda terrorçular ölkəmizin hakimiyyət orqanlarının nümayəndələrinə qarşı terror aktları həyata keçirdilər. Onlara cavab verildi, bir hissəsi zərərsizləşdirildi, digər hissəsi həbs olundu. Ancaq onlar bundan nəticə çıxarmadılar, terror aktlarını davam etdirməyə başladılar. İki gün bundan öncə həmin terrorçu qrupu Zaqatala zonasında yenə də terror aktı həyata keçirməyə başladı. Ancaq bizim qəhrəman sərhədçilərimiz, hüquq mühafizə orqanlarımızın əməkdaşları onların qarşısını aldılar. Doğrudur, bizim itkimiz də oldu. Qəhrəmancasına şəhid olan əsgərimiz də var. Ancaq, bu terrorçular qrupuna rəhbərlik edən, başqa ölkələrdə gizlənərək Azərbaycana hücumlar edən edən ən böyük terrorçu bizim əsgərlərimiz, sərhədçilərimiz tərəfindən məhv olundu. Mən bunları deyərək bildirmək istəyirəm ki, Azərbaycan dövləti terrorizmin bütün formalarından, miqyasından asılı olmayaraq, terror aktlarına qarşı mübarizə aparacaq və ölkəmizdə sülhü, əmin-amanlığı qoruyacaqdır.

Təəssüflər olsun ki, Ermənistan bu hadisələrdən lazımi nəticə çıxarmır və öz siyasətini davam etdirir, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasında qeyri-konstruktiv mövqe tutur. Aparılan danışıqlarda məsələnin həll olunması üçün lazımi addımlar atmır. Amma bunlara baxmayaraq, biz sülh danışıqlarını davam etdiririk və bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun həmsədrləri ilə birlikdə öz fəaliyyətimizi artıracağıq. Ermənistan Prezidenti ilə Azərbaycan Prezidentinin görüşü bir müddət bundan öncə gündəliyə gəlibdir. Güman edirəm ki, belə bir görüş də keçirilməli olacaqdır. Biz ardıcıl surətdə sülhsevər siyasət apararaq, eyni zamanda, Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasının, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıtması üçün mübarizəmizi bundan sonra da davam etdirəcəyik.

Mən böyük məmnuniyyətlə qeyd edirəm ki, bu fəaliyyətimizdə, bizim bu sülhsevər siyasətimizdə, bu mübarizəmizdə Fransa və onun hörmətli Prezidenti, mənim əziz dostum cənab Jak Şirak bizimlədir, Azərbaycan xalqı ilədir.

Prezident cənab Jak Şirakla mənim aramda yaranmış dostluq əlaqələrini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bizim bu əlaqələrimiz Fransa-Azərbaycan əməkdaşlığının bundan sonra daha da inkişaf etməsi üçün çox əhəmiyyətli rol oynayır. Həm də Minsk qrupunun həmsədrlərindən biri kimi Fransa və çox böyük maraq göstərən bir şəxs kimi şəxsən Prezident Jak Şirak bizim bu məsələlərin həll olunmasında ölkəmizə həmişə yardım edəcəkdir.

Hörmətli xanım səfir, Azərbaycanda səfirlik fəaliyyətiniz dövründə Fransa-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün qoyduğunuz səyləri mən xüsusi qiymətləndirirəm. O cümlədən, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün öz hökumətinizin apardığı siyasətin burada dürüst həyata keçirilməsi və öz tərəfinizdən göstərdiyiniz təşəbbüslərə görə təşəkkür edirəm.

Bu gün mən Fransa xalqına, Fransaya bəslədiyim böyük hisslərlə buraya, bu bayramı sizinlə birlikdə keçirməyə gəlmişəm.

Ola bilər, siz bilirsiniz ki, bu gecə Azərbaycanda bir qəza hadisəsi baş vermişdir. Gecə saat 12 radələrində bir bölgədə baş vermiş qəza ilə əlaqədar Azərbaycanın elektrik enerjisi ilə təchizatı tamamilə dayanmışdı. Yəqin siz də o dövrdə qaranlıqda qalmağınızı xatırlayırsınız. Bəlkə kimsə yuxuda olubdur, o, bilmir. Ancaq kim yuxuda olmayıbsa, onlar yəqin ki, bilirlər. Siz o vaxt yuxuda idiniz?

ŞANTAL PUARE: Cənab Prezident, xeyr, yatmırdım.

HEYDƏR ƏLİYEV: Amma gördünüz ki, hər yer qaranlıqdır.

ŞANTAL PUARE: Bizim elektrik enerjisi verən mühərrikimiz var.

HEYDƏR ƏLİYEV: Səfirliklərin işi yaxşıdır. Onların generatorları var, dərhal işə salırlar. Ona görə də belə halları hiss etmirlər.

Amma mən sizə bir sirri də açmaq istəyirəm. Mənim yaşadığım iqamətgahda da generator var. Onu işə saldılar, üç dəqiqədən sonra dayandı və mən qaranlıqda qaldım. Ondan sonra bütün fəaliyyətim qaranlıqda, - təbiidir, kiçik işıq verən vasitələrlə keçdi. Mən səhərə qədər bu işlə məşğul olmuşam. Baş naziri təcili olaraq bizim enerji sisteminin baş dispetçer məntəqəsinə göndərdim, orada oturmuşdu, lazım olan başqa nazirləri və işçiləri də səfərbər etdim. Düzdür, 2-3 saatdan sonra bəzi yerlərdə elektrik enerjisinin verilməsi bərpa olundu. Amma hələ səhərə qədər vəziyyət normal deyildi. Ona görə, mən sizə deyə bilərəm ki, o qədər də yata bilməmişəm. Bu, bizim həyatımızda qeyri-adi bir hadisədir. Ona görə mən bu gün bu məsələ ilə əlaqədar xüsusi sərəncam imzalamışam, komissiya təşkil etmişəm. Komissiya bunların hamısını araşdırmalıdır. Ola bilər, sabah mən bir müşavirə də keçərəcəyəm. Biz bundan ciddi nəticə çıxarırıq ki, elə edək, bundan sonra enerji sistemində belə bir hadisə baş verməsin.

Mən bu gecə yatmamışam. Gündüz də buraya gələnə qədər iş yerində olmuşam. Buraya gələndə düşünürdüm, yəqin burada belə bir yaxşı əhval-ruhiyyə olacaqdır ki, mənim yorğunluğum keçəcəkdir. İndi deyə bilərəm ki, mən düzgün fikirləşmişəm. Yorğunluğum artıq keçir.

Amma bu gün mənim üçün bir baxımdan da əlamətdardır. 14 iyul 1969-cu ildə - Bastiliya günündə mən Azərbaycanın başçısı seçilmişəm. O vaxtdan 33 il keçibdir. Ancaq xatırlayıram ki, 1969-cu ilin həmin 14 iyul günündə Bakıda hava bugünkü kimi çox isti idi. Elə bir isti gündə mən Azərbaycan Respublikasının bütün məsuliyyətini öz üzərimə götürdüm. Əlbəttə, o vaxt mən düşünürdüm ki, bu, mənim üçün çətin olacaqdır. Çətinliklər oldu. Amma mən onların hamısını arxada qoydum. İndi bizim problemlərimiz var. Amma Prezident kimi mənim üçün heç bir çətinlik yoxdur. Ona görə Bastiliya günü, 14 iyul həm Fransa inqilabı bayramıdır, həm də mənim həyatımda olan çox tarixi bir gündür.

Hörmətli xanım səfir!

Hörmətli xanımlar və cənablar, mən sizi bir daha təbrik edirəm. Mən çox məmnunam ki, bu gün, bu dəqiqələrdə buradayam - Fransanın səfirliyindəyəm. Fransada olan fransızlarla bərabər biz də burada 14 iyul Bastiliya gününü bayram edirik. Təbrik edirəm. Sizə cansağlığı, səadət arzulayıram.

(Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı).

X X X

Mərasim başa çatdıqdan sonra Azərbaycan Prezidenti rəsmi qəbulda iştirak edən Fransa Müqavimət Hərəkatının azərbaycanlı iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

Prezident Heydər Əliyev qəbulda iştirak edən səfirlərlə, respublikamızın incəsənət xadimləri ilə görüşüb səmimi söhbət etdi.

X X X

Səmimilik şəraitində keçən qəbulda Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavini Ziyafət Əsgərov, xarici işlər naziri Vilayət Quliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdirləri Əli Həsənov, Novruz Məmmədov, Milli Məclisin deputatları, elm, ədəbiyyat, incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Ordubadda ağır yol qəzası olub, bir nəfər həyatını itirib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq

Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib

“Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər

Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb