FRANSIZLAR YENİ PREZİDENT SEÇİRLƏR
AZƏRTAC xarici kütləvi informasiya agentliklərinə istinadla xəbər verir ki, aprelin 22-də yerli vaxtla səhər saat 8.00-da Fransada prezident seçkilərinə start verilmişdir. Prezident kürsüsü uğrunda 12 namizəd mübarizə aparır. Seçkilərlə bağlı ekzitpolun nəticələri axşam saat 20.00-da açıqlanacaqdır. Yerli seçki mütəxəssislərinin fikrincə Fransanın dövlət başçısını birinci turda seçmək mümkün olmayacaq və qalib ikinci turda müəyyənləşəcəkdir. Fransa qanunlarına görə, ölkənin Konstitusiya Şurası seçkinin nəticələrini aprelin 25-də saat 20.00-dan gec olmayaraq çap etdirməlidir.
Qeyd edək ki, Fransada 44,5 milyon nəfər seçici qeydə alınmışdır. Onlardan 3,3 milyonu prezident seçkilərində ilk dəfə iştirak edəcəkdir. Bunlar təkcə gənclər deyil, həm də əvvəllər ölkənin siyasi həyatında iştirak etməyənlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.11.2026 [17:42]
Fransada COVID-19-un yayılması sürətlənir
- 20.11.2026 [15:56]
COP31-də Afrikada su təhlükəsizliyinə diqqət çəkilib
- 20.11.2026 [15:13]
Nikol Paşinyan: Yeni Konstitusiyanın mətni noyabrın 23-də dərc olunacaq
- 20.11.2026 [14:54]
Polşada hava məkanının pozulması ilə bağlı iki şübhəli hadisə araşdırılır
- 20.11.2026 [14:39]