FRANSUA MİTTERAN YAD EDİLİR
1916-cı ildə anadan olmuş F.Mitteran 1940-cı ildə müharibədə iştirak etmiş və yaralanaraq əsir düşmüşdür. İki dəfə qaçmağa cəhd göstərsə də, buna nail olmamışdır. Üçüncü dəfə isə əsirlikdən qaça bilmiş, 1943-cü ildə Müqavimət hərakatında iştirak etmişdir.
1974-cü ildə prezident seçkilərinin ikinci turunda Valeri Ciskar d” Estyenlə mübarizədə qələbə qazanmasa da, 1988-ci ildə keçirilmiş növbəti seçkilərin ikinci turunda səslərin 54,2 faizini toplayaraq qalib gəlmişdir.
Fransua Mitteran 1996-cı il yanvarın 8-də 79 yaşında vəfat etmişdir. Fransızların qəlbində xoş xatirələr yaratmış F.Mitteranın adını əbədiləşdirmək məqsədi ilə Parisdə və digər şəhərlərdə küçələrə müəssisələrə onun adı verilmişdir. Məşhur Milli kitabxana da onun adını daşıyır.
Fransua Mitteran Azərbaycana xoş münasibət bəsləmişdir. Ulu öndərimiz Heydər Əliyev Prezident seçildikdən sonra, 1993-cü ildə ilk xarici səfərini Fransua Mitteranın dəvəti ilə Fransaya etmişdir.