FUTBOL TURNİRİNƏ START VERİLDİ
Şirkətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iyunun 18-dən başlayan bu turnirdə Qaradağ rayonundakı 11 yaşayış məntəqəsini təmsil edən 23 orta məktəb komandası iştirak edir. Lökbatan, Sahil və Ələt kimi qəsəbələrdən bu turnirə dörddən çox komanda qatılmışdır. Komandalar 12, 14 və 16 yaş dərəcələrinə görə 3 qrupa bölünür. Hər bir yaş qrupu üzrə komandaların üzvlərinin sayı 20-22 arasındadır. Hər bir yaş dərəcəsinə görə komandalar özləri də dörd qrupda yarışacaqlar və bununla da turnir çərçivəsində ümumilikdə 152 oyun keçiriləcəkdir.
Turnir Sahil, Səngəçal və Ümid qəsəbələrindəki idman meydançalarında, eləcə də terminalın öz idman meydançasında eyni vaxtda başlanmışdır. Ümumiyyətlə, turnir üçün rayon miqyasında 8 idman kompleksindən istifadə olunur.
Yarımfinal və final oyunları bazar günü – iyunun 20-də saat 9.00-dan 15.00-dək Lökbatan qəsəbəsindəki Oimpia kompleksində olacaqdır. Sonda isə rəsmi təltif mərasimi olacaqdır. Turnir bir sıra xarici şirkətlərin sponsorluğu ilə keçirilir.
STGP-nin direktoru Jakobus Nyuvenhauze demişdir ki, bu turnir rayondakı bütün uşaqların bir-biri ilə görüşməsi, birlikdə oyun keçirməsi və azarkeş kimi öz dostlarını dəstəkləməsi üçün əvəzsiz imkan yaradacaqdır. Əslində bu, bütün Xəzər regionunda indiyədək məktəblilər üçün təşkil edilmiş ən böyük futbol turniridir. İlk turnirin uğurundan asılı olaraq, biz bu yarışın əhatə dairəsini genişləndirməyi, eləcə də buraya Qaradağdan başqa, respublikanın digər rayonlarının komandalarını da dəvət etməyi nəzərdə tutmuşuq.