İDMAN
Futbol üzrə Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində ilk oyunlar keçirilib
Bakı, 17 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da futbol üzrə Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində ilk oyunlar keçirilib.
AZƏRTAC xəbə verir ki, “A” qrupunda “Yuventus” komandası “Malmö”yə 2:0, “Olimpiyakos” kollektivi isə “Atletiko”ya (Madrid) 3:2 hesabı ilə qalib gəlib.
“B” qrupunda “Liverpul” komandası “Ludogorets”dən (2:1), “Real” (Madrid) isə “Bazel”dən (5:1) üstün olub.
“C” qrupu çərçivəsində “Zenit” (Sankt-Peterburq) səfərdə “Benfika”nı 2:0, “Monako” isə doğma meydanda “Bayer Leverkuzen”i 1:0 hesabı ilə məğlub edib.
Turnirin “D” qrupunda çıxış edən “Qalatasaray” doğma meydanda “Anderlext”i qəbul edib və görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Borussiya” (Dortmund) isə “Arsenal”ın qapısından iki cavabsız top keçirib.