Futbol üzrə Özbəkistan millisinin yeni baş məşqçisi açıqlanıb
Bakı, 6 oktyabr, AZƏRTAC
İtaliya futbolunun canlı əfsanəsi Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Milli komanda tarixində ilk dəfə vəsiqə qazandığı dünya çempionatında F.Kannavaronun rəhbərliyi altında çıxış edəcək.
Yerli mətbuatın iddiasına görə, yeni baş məşqçinin illik məvacibi 4 milyon avro olacaq.
Qeyd edək ki, Fabio Kannavaronun son iş yeri Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu olub. O, əvvəllər Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, Çinin bir neçə klubunu, eləcə də bu ölkənin yığmasını çalışdırıb. İtaliyada isə “Benevento” və “Udineze”yə rəhbərlik edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]