İDMAN
“Futbolumuz müstəqillik dövründə” adlı kitab çap olunmuşdur
Bakı, 2 aprel (AZƏRTAC). Əməkdar Jurnalist Abas Əzimovun “Futbolumuz müstəqillik dövründə” adlı yeni kitabı işıq üzü görmüşdür.
AZƏRTAC xəbər verir ki, üç fəsildən ibarət olan kitabda Azərbaycanda müstəqillik dövründə keçirilən ölkə çempionatları, ölkə kuboku uğrunda yarışlar, birinci divizion və əvəzedici komandaların çempionatları, Azərbaycan çempionatlarının mükafatçıları və kubok yarışlarının qaliblərinin avrokuboklarda çıxışları, həmçinin MDB və Baltikyanı dövlətlərin “Birlik Kuboku” turnirində klublarımızın nəticələri barədə ətraflı məlumat verilmişdir.
Kitab AFFA-nın vəsaiti hesabına nəşr olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]