İQTİSADİYYAT
Füzuli rayonunda yenidən qurulan daha bir kənd yolu istifadəyə verildi
Füzuli, 15 iyul (AZƏRTAC, Tahir Ağaməmmədov). Füzuli rayonunun Mirzənağılı-Əhmədalılar-Arayatılı-Kərimbəyli-Qarabağ-Birinci-Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Kərimbəyli kəndindən keçən iki kilometrlik hissəsi yenidən qurularaq istifadəyə verildi.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin və kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keçirildi.
Milli Məclis sədrinin müavini Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mərasimdə çıxış edərək, son illərdə ölkədə gedən sosial-iqtisadi inkişafdan, aparılan geniş tikinti-quruculuq işlərindən, həyata keçirilən layihələrdən danışdılar. Bildirildi ki, bu gün ölkəmizdə respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yolların da müasir səviyyədə tikintisi və yenidən qurulması istiqamətində mühüm işlər görülür.
Mərasimdə çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.