REGİONLAR
Füzulidə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb
Füzuli, 5 oktyabr (AZƏRTAC). Milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsi olan müqəddəs Qurban bayramı münasibətilə Füzuli rayonunda xeyriyyə tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində, rayonun qəsəbə və kəndlərində yaşayan sakinlərə, həmçinin Bakı və Sumqayıt şəhərlərində məskunlaşan 280 şəhid ailəsinə, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrə bayram sovqatı paylanılıb.
Rayon icra hakimiyyətinin nümayəndələri şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, imtiyazlı ailələrin evlərinə gedərək, onları bayram münasibətilə təbrik edib, problemləri ilə maraqlanıblar.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.